Azərbaycanın aktivində - 11 qızıl, 9 gümüş, 19 bürünc medal

8 Sentyabr 2021 01:24 Digər növlər 431
Azərbaycanın aktivində - 11 qızıl, 9 gümüş, 19 bürünc medal

Azərbaycan tayboksçusu Rəvan Ağazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 67 kq-da çıxış edən idmançı qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb.

Rəqibinə məğlub olan Ağazadə ikinci yeri tutub.

Azərbaycanın qadın tayboksçusu Leyana Sayer da final görüşünə çıxıb.

51 kq-da mübarizə aparan idmançı belaruslu Albina Posoxla qarşılaşıb. Rəqibinə uduzan Sayer gümüş medalla kifayətlənib.

Hazırda Azərbaycanın aktivində 11 qızıl, 9 gümüş və 19 bürünc medal var.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi