ÜZR İSTƏDİ: "Məni bağışlayın, çox əziyyət çəkdim və məğlub oldum"

7 İyun 2021 13:40 Digər növlər 913
ÜZR İSTƏDİ: "Məni bağışlayın, çox əziyyət çəkdim və məğlub oldum"

"Təbii ki, bu, mənim üçün ibrətamiz təcrübədir. İlk "10-luğ"a qayıtmaq üçün çalışdıq və çox əziyyət çəkdim. Amma yekunda məğlub oldum".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində 15-ci yeri tutan "Mercedes"in pilotu Lüis Hemilton deyib.

7 qat dünya çempionu nəticəyə görə komandasından üzr istəyib: "Məni bağışlayın. Bu gün bəxtimiz gətirmədi. Amma geri dönməyə və növbəti yarış üçün daha da güclənməyə çalışacağıq".

"Red Bull"un sürücüsü Serxio Peres Azərbaycan Qran-prisinin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA