Ən yaxşı nəticəni Serxio Peres göstərdi – “Formula-1”də

5 İyun 2021 00:14 Digər növlər 463
Ən yaxşı nəticəni Serxio Peres göstərdi – “Formula-1”də

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Sportinfo.az xəbər verir ki, 1 saat davam edən son məşqdə ən yaxşı nəticəni Serxio Peres göstərib.

“Red Bull” pilotu birinci sərbəst yürüşün ən sürətlisi olan komanda yoldaşı Maks Ferstappeni qabaqlayıb. Peres dövrəni 1 dəqiqə 42,115 saniyəlik göstərici ilə başa vurub.

Bu, həm birinci, həm də ikinci sərbəst yürüşün ən erkən göstəricisidir. Meksikalı pilot günün ilk yarısındakı məşqdə ən yaxşı 4-cü nəticəyə imza atmışdı. “Ferrari”nin bolidlərini idarə edən Karlos Sayns və Şarl Lekler müvafiq olaraq ən sürətli 3-4-cü pilotlar olub.

Sabah əvvəlcə 13:00-da üçüncü sərbəst yürüş, 16:00-da isə sıralama turu olacaq.

Digər Xəbərlər
Xəbər Lenti