Azərbaycan komandası və Zöhrə Dünya Kubokunun finalında

9 May 2021 11:00 Digər növlər 621
Azərbaycan komandası və Zöhrə Dünya Kubokunun finalında

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, qrup hərəkətlərində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət Azərbaycan komandası uğurlu çıxış edib.

3 halqa və 2 cüt gürzlə hərəkətlərdə 38.850 xal toplayan kollektiv finala vəsiqə qazanıb.

Final görüşləri bu gün olacaq. Zöhrə Ağamirova lentlə, Azərbaycan komandası isə 5 top, həmçinin 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Zöhrə Ağamirova lentlə hərəkətlərdə təsnifat mərhələsini 21.275 xalla altıncı yerdə başa vurub. Ağamirova gürzlərlə 23.00 xal yığıb və 17-ci ola bilib.

Arzu Cəlilova lentlə 38-ci (17,550 xal), gürzlərlə (21,650 xal) 29-cu yeri tutub.

Finala vəsiqəni ilk "8-liy"ə düşənlər qazanırlar. Daha əvvəl qrup hərəkətləri üzrə komanda 5 topla hərəkətlərdə həlledici mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti