Azərbaycan komandası növbəti medalını qazandı - Avropa Kubokunda

00:00 Digər növlər 631
Azərbaycan komandası növbəti medalını qazandı - Avropa Kubokunda

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında uğurlu çıxışla diqqət çəkiblər.

Onlar 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ötən gün qızıl medalı hesabına yazdırıb.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti