![İcraiyyə Komitəsi yığışdı, federasiyaya yeni vitse-prezident seçildi](https://www.sportinfo.az/media/2024/05/15/edd0644b-ebe3-3df1-be65-c1e75b8bfb22_850.jpg)
Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.
Sportinfo.az xəbər verir ki, İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub.
Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub.
AÜF-ün prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T.Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.
T.Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.