Azərbaycan millisi geri getdi – İki səbəb TAPILDI

1 Aprel 2025 03:50 Cüdo 909
Azərbaycan millisi geri getdi – İki səbəb TAPILDI

Cüdo üzrə Azərbaycan millisinin Dünya turunun ümumi sıralamasında mövqeyi zəifləyib.

Sportinfo.az xəbər verir ki, cədvəldə “Böyük Dəbilqə”, Qran-pri və digər yüksək səviyyəli yarışlarda il ərzində çıxış edən komandaların nəticələri yer alıb.

Mövsümün əvvəlində Azərbaycan komandası iki qızıl, iki gümüş və beş bürünc olmaqla, doqquz mükafat qazanıb.

Cüdoçularımızın Avstriya Qran-prisində iştirak etmədikləri, Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mükafat qazana bilmədiyindən Azərbaycan Dünya Turunun ümumi reytinq cədvəlində altıncı yerdən səkkizinci yerə enib.

Yaponiya birinci (20-15-16), neytral idmançılar ikinci (9-6-9), Fransa üçüncü yerdə (7-7-15) qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb