O, son anda Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı

10 Fevral 2017 18:48 Cüdo 801
O, son anda Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı

Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Sportinfo.az-ın məlumatına görə, fevralın 11-12-də baş tutacaq yarışda Azərbaycan millisinin idmançıları da rəqiblərini tanıyıblar. Yarış üçün 8 cüdoçu sifariş edilsə də, Məmmədəli Mehdiyev (90 kq) son anda heyətdən kənarlaşdırılıb. Yarışda ümumilikdə 61 ölkədən 412 (259 kişi, 153 qadın) cüdoçu mübarizə aparacaq.

Püşkün nəticəsi belədi:
60 kq. Orxan Səfərov – İn Hyuk Çoi (Cənubi Koreya)
66 kq. Nicat Şıxəlizadə - Daqa Qinq (Çin)/Honq Nin Mak (Honkonq)
73 kq. Rüstəm Orucov – Yeldos Jumaxanov (Qazaxıstan)/Matiu Lebreton (Fransa)
Hidayət Orucov – Kuok Vinq Li (Honkonq)
100 kq. Elmar Qasımov – Jorj Fonseka (Portuqaliya)
Elxan Məmmədov – Sedrik Olivar (Fransa)/Kentaro İida (Yaponiya)
+100 kq. Uşanqi Kokauri – Kyeonqtae Kim (Cənubi Koreya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti