“Bu bayraq Azərbaycana təqdim olunub” – Qurumun prezidenti

25 İyun 2025 03:30 Cüdo 690
“Bu bayraq Azərbaycana təqdim olunub” – Qurumun prezidenti

“Dünya çempionatında Avropa komandalarının uğurlarını qeyd etdikdən sonra Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı Azərbaycana təqdim olundu.

Bu, Bakı-2026-ya keçidi simvolizə edir”.

Sportinfo.azz xəbər verir ki, bunu Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth dünya çempionatında estafetin Budapeştdən Bakıya keçməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, Beynəlxalq Cüdo Federasiyasına və onun prezidenti Marius Vizerə təşəkkürünü də bildirib: "Avropaya növbəti il yenidən dünya çempionatına ev sahibliyi etmək imkanı verdikləri üçün minnətdaram”.

Toth həmçinin Budapeştdə keçirilən mövsümün əsas yarışı ilə bağlı yekun fikirlərini də bölüşüb:

“Son iki həftəni xatırlamaq mənim üçün xoşdur. Bu müddət bir daha göstərdi ki, Avropa cüdo ailəsində əsas mövqeyə malikdir.

İdmançılarımız bütün çəki dərəcələrində yüksək səviyyədə çıxış edərək mükafatlar uğrunda mübarizə apardılar”.

Azərbaycan idmançıları Budapeştdəki dünya çempionatında üç bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb