Azərbaycan millisi uğursuzluq yaşadı - Dünya çempionatında

15:20 Cüdo 97
Azərbaycan millisi uğursuzluq yaşadı - Dünya çempionatında

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi də turnirdə qüvvəsini sınayıb. Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşıb.

Azərbycan yığması 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Millimizin heyətində yalnız Zelim Kotsoyev (+90 kq) qələbə qazanmağı bacarıb. Olimpiya çempionumuz Erik Abramova qalib gəlib.

Bunadək fərdi yarışlarda Azərbaycan cüdoçuları Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti