“Unutmayın, mən buradayam və qələbə yenə gələcək, sözlə yox, əməllə danışacam”

17 İyun 2025 08:50 Cüdo 1 719
“Unutmayın, mən buradayam və qələbə yenə gələcək, sözlə yox, əməllə danışacam”

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov İnstaqram hesabında yeni paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Olimpiya çempionumuz paylaşımında Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında ilk görüşdə uduzaraq mübarizəni dayandırması haqda yazıb. O bildirib:

"Tatamiyə 11 ay sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.

Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir.

Amma unutmayın: mən buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.

Hidayət dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"