Millimizin aparıcı üzvü dünya çempionatını buraxacaq

1 May 2025 02:50 Cüdo 7 231
Millimizin aparıcı üzvü dünya çempionatını buraxacaq

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.

Cüdoçumuz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.

M.Fətiyev zədə səbəbindən iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb