Azərbaycan millisinin heyətindən çıxarıldı - Avropya getməyəcək

23 Aprel 2025 08:50 Cüdo 9 141
Azərbaycan millisinin heyətindən çıxarıldı - Avropya getməyəcək

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!