Yığma üzvləri yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırıldı

23 Yanvar 2017 15:36 Cüdo 726
Yığma üzvləri yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırıldı

Yeniyetmələrdən ibarət cüdo üzrə milli komanda Bakıda təlim-məşq toplanışındadı. Sportinfo.az-ın məlumatına görə, ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

Komandamız 2017-ci ildə Litvada Avropa birinciliyi, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək. Toplanışın ilk mərhələsini başa vuran cüdoçularımız yanvarın 25-dən təlim-məşq prosesini davam etdirəcəklər.

Artıq yeniyetmə idmançılarımız, məşqçi heyəti cüdonun yeni qaydaları ilə məlumatlandırılıb. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov bu ayın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti