 
            Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçumuz Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.
Sportinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X sosial şəbəkəsindəki hesabında yazıb.
"Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb. İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!", - nazir qeyd edib.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            