Yığmamızın eks baş məşqçisi Dubay şirkətində işə düzəldi!

19 Yanvar 2017 17:12 Cüdo 778
Yığmamızın eks baş məşqçisi Dubay şirkətində işə düzəldi!

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin yeni iş yeri müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, beynəlxalq axtarışa verilən avstriyalı mütəxəssisin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olduğu iddia edilir.

59 yaşlı Zayzenbaher bu şəhərdə fəaliyyət göstərilən neft, qaz və qızıl çıxarmaqla məşğul olan şirkətdə fəaliyyətini davam etdirir. O, adı açıqlanmayan bu şirkətin baş direktorudu. Həmin şirkət də ABŞ-ın San-Fransisko şəhərində qeydiyyatdan keçib ki, məşqçinin oğlu da burada yaşayır.

Avstriya və BƏƏ arasında ekstradisiya əməkdaşlığı olmadığında Zayzenbaher orda rahat şəkildə yaşamağa davam edə bilər. Hətta onun Asiya ölkəsində vətəndaşlıq alması da istisna edilmir. Pedofiliyada günahlandırılan Zayzenbaher Avstriya məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti