Cüdo üzrə Azərbaycan milli komandaları geniş heyətlə hazırda Avstriyadadılar. Sportinfo.az-ın məlumatına görə, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər. Toplanışda əsas milli komanda, qadınlar, gənclər və paralimpiya komandmız iştirak edir.
Hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Dünyanın 50-ə yaxın ölkəsindən 850 cüdoçu bu il keçiriləcək Avropa və dünya çempionatlarına, beynəlxalq yarışlara hazırlaşırlar.
Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 18-də yekun vurulacaq. Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları – çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi və digər məşhur kimano ustaları iştirak edirlər.

