Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

30 Aprel 2022 02:40 Cüdo 1 022
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, Ramiz Ramizzadəni Rüstəm Alimli əvəzləyib.

Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "

Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb.

Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub.

Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq
13 Oktyabr 20:00 Budur, Ukrayna?