Mübarizəyə Azərbaycan millisindən 1 nəfər qoşuldu - VİDEOLAR

03:00 Cüdo 1 295
Mübarizəyə Azərbaycan millisindən 1 nəfər qoşuldu - VİDEOLAR

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, mübarizəyə Azərbaycan millisinin 1 idmançısı qoşulub.

İlk mərhələdən azad olan Zelim Tçkayev 1/16 finalda Jianqnan Vanqı (Çin), ardınca Luan Almeydanı (Braziliya) məğlub edib.

Cüdoçumuz 1/4 finalda Yun-Xvan Lini (Cənubi Koreya) də məğlub edib. Onun yarımfinalda rəqibi Tato Qriqalaşvili (Gürcüstan) olub.

Məğlub olan Zelim bürünc uğrunda Nuqzari Tatalaşvili (BƏƏ) ilə qarşılaşıb. Cüdoçumuz qızıl xal hesabına qələbə qazanaraq, ölkəmizə dünya çempionatında ilk medalı qazandırıb.

Mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir.

Onlardan hələlik 8-i çıxışını medalsız başa vurub. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti