Azərbaycan 1 qızıl, 1 bürünclə 4-cü yeri tutdu - Böyük Dəbilqədə

18 Oktyabr 2021 00:14 Cüdo 1 025
Azərbaycan 1 qızıl, 1 bürünclə 4-cü yeri tutdu - Böyük Dəbilqədə

Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan gürcüstanlı legioner niderlandlı Yur Speykerslə üz-üzə gəlib.

Görüş Speykersin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənməli olub.

Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurub.

Milli komanda üzvlərindən Balabəy Ağayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hidayət Heydərov (73 kq) isə 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!