Hidayət Heydərovun seriyası başa çatdı - Beynəlxalq arenada

03:40 Cüdo 668
Hidayət Heydərovun seriyası başa çatdı - Beynəlxalq arenada

Cüdo üzrə Azərbaycan milli komandasının lideri Hidayət Heydərovun (73 kq) beynəlxalq arenada qələbə seriyasına son qoyulub.

Sportinfo.az xəbər verir ki, Olimpiya çempionu 18 ayda keçirdiyi 21 görüşü məğlubiyyətsiz başa vurub.

Bu silsilsiləyə, həmçinin Bakıdakı Böyük Dəbilqə turniri, Zaqrebdə Avropa çempionatı, Əbu-Dabidə dünya çempionatı və Paris-2024 Yay Olimpiadasındakı qələbələr də daxildir.

Budapeştdə keçirilən dünya çempionatında Heydərov ilk raundda Otari Kvantidzeyə (Portuqaliya) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti