Azərbaycan yığmasının daha bir üzvü koronavirusa yoluxdu - FOTO

16 Aprel 2021 11:00 Cüdo 609
Azərbaycan yığmasının daha bir üzvü koronavirusa yoluxdu - FOTO

Azərbaycanın daha bir cüdoçusu koronavirusa yoluxduğu üçün Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatını buraxır.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyevin testi müsbət nəticələnib.

Daha əvvəl Rüstəm Orucov (73 kq) və Davud Məmmədsoyun (60 kq) eyni səbəbdən qitə çempionatına qatılmayacağı bəlli olub.

Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil edilir.

Digər Xəbərlər
Xəbər Lenti