Tanınmış azərbaycanlıya burada yeni vəzifə verildi

22 İyun 2025 03:20 Cüdo 1 505
Tanınmış azərbaycanlıya burada yeni vəzifə verildi

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.

Sportinfo.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı çərçivəsində idmançılar IJF-nin Atletlər Komissiyasına nümayəndələrini seçib.

Seçki nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.

Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"