ÇL: Mövsümün ən yaxşısı adına namizədlər

17 Sentyabr 23:40 Çempionlar Liqası 124
ÇL: Mövsümün ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında 2019/20 mövsümünün ən yaxşısı adına namizəd futbolçuların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, namizədlər ötən mövsüm ÇL-in qrup mərhələsində iştirak etmiş klubların baş məşqçiləri, eləcə də UEFA-ya üzv olan 55 ölkənin jurnalistləri arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.

UEFA hər ampluada üç futbolçunu fərqləndirib. Ən yaxşıların adı oktyabrın 1-də keçiriləcək 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (Bavariya), Yan Oblak (Atletiko);

Müdafiəçilər: David Alaba (Bavariya), Alfonso Deyvis (Bavariya), Yozua Kimmix (Bavariya);

Yarımmüdafiəçilər: Kevin De Breyne (Mançester Siti), Tomas Müller (Bavariya), Tyaqo Alkantara (Bavariya);

Hücumçular: Robert Levandovski (Bavariya), Kilian Mbappe (PSJ), Neymar (PSJ).

Digər Xəbərlər
Xəbər Lenti