"Qarabağ" heç vaxt belə zəif komandaya uduzmamışdı…

17 Sentyabr 2020 16:30 Çempionlar Liqası 875
"Qarabağ" heç vaxt belə zəif komandaya uduzmamışdı…

“Molde” “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdıran ən zəif komandadır.

Sportinfo.az xəbər verir ki, ardıcıl 7-ci dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun yetirmələri heç vaxt belə aşağı reytinqli komandaya uduzmayıb.

Əvvəlki 6 cəhddən birində - 2017-18 mövsümündə qrupa qədər irəliləyən Azərbaycan çempionu qitə nəhəngləri – “Çelsi”, “Roma” və “Atletiko” ilə mübarizədə aciz qalıb.

Digər 5 mövsümdə isə “Qarabağ” pley-offa qədər uduzub. “Molde” Ağdam klubunu Avropa Liqasına göndərən 6-cı komandadır.

Çempionumuzun rəqiblərindən dördü – “Seltik”, “Zalsburq”, APOEL və “Viktoriya” püşkatmada səpələnmiş olduğundan “Qarabağ”la duelin favoritləri sayılıb. Ağdamlılar yalnız bir dəfə səpələnməmiş rəqibə - BATE-yə uduzmuşdusa, belarusluların uğurunu bu dəfə “Molde” təkrarlayıb.

Çempionlar Liqası tarixində ikinci dəfə özündən zəifə uduzan “Qarabağ” norveçlilərə penaltilər seriyasında 5:6 hesabı ilə məğlub olub.

Ağdamlıların evdə uduzduğu BATE-nin reytinqi “Molde” ilə müqayisədə daha yüksəkdir. Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında belə komandaya uduzmamışdı (apasport.az).

“Qarabağ”ı Çempionlar Liqasının təsnfiat mərhələsində məğlub edən komandalar
2014/15. “Zalsburq” (Avstriya) – 2:1, 0:2
Püşkatma zamanı rəqibin reytinqi - 46,185
2015/16. “Seltik” (Şotlandiya) – 0:1, 0:0
Püşkatma zamanı rəqibin reytinqi - 39,080
2016/17. “Viktoriya” (Çexiya) – 0:0, 1:1
Püşkatma zamanı rəqibin reytinqi - 44,585
2018/19. BATE (Belarus) – 0:1, 1:1
Püşkatma zamanı rəqibin reytinqi - 20,500
2019/20. APOEL (Kipr) – 2:1, 0:2
Püşkatma zamanı rəqibin reytinqi - 25,500
2020/21. “Molde” (Norveç) – 0:0, pen.5:6
Püşkatma zamanı rəqibin reytinqi - 15,000

Digər Xəbərlər
Xəbər Lenti