“Dinamo”, PAOK və “Gent” pley-offa vəsiqə qazandı - ÇL

16 Sentyabr 2020 00:42 Çempionlar Liqası 1 149
“Dinamo”, PAOK və “Gent” pley-offa vəsiqə qazandı - ÇL

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Kiyev “Dinamo”su doğma meydanda “Alkmaar”ı qəbul edib. Ukrayna təmsilçisi inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb. Portuqaliya “Benfika”sı isə PAOK-un, Avstriya “Rapid”i “Gent”in qonağı olub. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olub.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. Ağdam təmsilçisi Norveç “Molde”si ilə qarşılaşacaq. Görüş UEFA-nın qərarıyla Kiprdə keçiriləcək. “Qarabağ” “Molde” səddini keçsə, pley-off mərhələsində “Ferentsvaroş” – “Dinamo” cütünün qalibi ilə qarşılaşacaq.

Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0

Qol: Rodriqes, 49. Şaparenko, 86.

PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1

Qol: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4

Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1

Qol: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.

16 sentyabr

19:00. Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)

21:00. Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)

21:00. Qarabağ (Azərbaycan) – Molde (Norveç)

21:00. Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Brest, Belarus)

22:30. Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə)

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi