Bədavi Hüseynovu vurdu, UEFA-dan cəzasını aldı

16 Sentyabr 2020 00:00 Çempionlar Liqası 1 324
Bədavi Hüseynovu vurdu, UEFA-dan cəzasını aldı

UEFA-nın İntizam Komitəsinin son iclasının qərarları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avrokubokların avqustda keçirilən oyunlarını müzakirə edən komitə “Qarabağ”ın Moldova “Şerif”i ilə matçında baş verən hadisəyə də biganə qalmayıb.

Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı görüşün ilk yarısında Bədavi Hüseynovu təpiklə vurduğu üçün qırmızı vərəqə alan Abanq Anatol Bartran UEFA tərəfindən də cəzalandırılıb. Aşkar kobudluq edən futbolçu meydana çıxmaq hüququ olduğu növbəti iki matçı buraxacaq.

Abanq bu həftə keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin matçını buraxacaq.

Komandası tur adlasa legioner pley-offdan da kənarda qalacaq. “Şerif” mübarizəni dayandırsa, futbolçunun qalan bir oyunluq cəzası növbəti mövsümə keçəcək. Söhbət Abanqın avrokuboklar oynamaq şansı qazanacağı növbəti ildən gedir.

Bakıda keçirilən "Qarabağ" - "Şerif" oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!