Burada “Qarabağ” da var

31 Avqust 2020 10:24 Çempionlar Liqası 1 774
Burada “Qarabağ” da var

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə 14:00-da başlayacaq. Mərasim iki hissədən ibarət olacaq.

Öz ölkəsinin çempionu olan 10 komanda 5 cüt təşkil edəcək. Çempionlar yolunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi “Qarabağ” da var.

Reytinqli çempionatların 6 təmsilçisi Liqa yolunda rəqiblərini tanıyacaq. Onlar üç cüt təşkil edəcək.

III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək. Püşkatmada həmin matçların meydan sahibi də bəlli olacaq. Sentyabrın 1-də pley-offun püşkü atılacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” (Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər
“Molde” (Norveç)
“Midtülland” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Belarus)

Liqa yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Dinamo” (Ukrayna)
“Gent” (Belçika)
Səpələnməmişlər
“Rapid” (Avstriya)
PAOK (Yunanıstan)
“Alkmaar” (Niderland)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"