Çempionlar Liqasını Fransa klubu qazandı

31 Avqust 2020 09:42 Çempionlar Liqası 943
Çempionlar Liqasını Fransa klubu qazandı

Qadın futbolçular arasında Çempionlar Liqasında final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İspaniyanın San-Sebastian şəhərindəki "Anoeta" stadionunda Almaniyanın "Volfsburq" və Fransanın "Lion" komandaları üz-üzə gəlib. Görüş "Lion"un qələbəsi ilə yekunlaşıb - 3:1.

"Şirlər"in qollarını Ejeni Le Sommer 25-ci, Saki Kumaqai 44-cü, Sara Byork Qunnarsdottir 88-ci dəqiqədə vurub. "Canavarlar"ın heyətində isə yeganə qola Aleksandra Popp imza atıb.

Beləliklə, "Lion" tarixində 8-ci, ardıcıl olaraq isə 5-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti