UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

25 Avqust 2020 01:24 Çempionlar Liqası 672
UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Bavariya"nın qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqu Alkantara və PSJ-dən Markinyos iddialıdır.

Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub.

Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb. "Bavariya" finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti