1 qol "Bavariya"nı Çempionlar Liqasının qalibi etdi

24 Avqust 2020 00:54 Çempionlar Liqası 994
1 qol "Bavariya"nı Çempionlar Liqasının qalibi etdi

Bu gün Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə PSJ ilə "Bavariya" üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç "Estadio da Luş" stadionunda keçirilib.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli idi. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanmışdı.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindəydi. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlmişdi. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcəkdi.

Lakin "Bavariya" PSJ-nin bu istəyini reallaşdırmasına imkan verməyib. Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

PSJ (Fransa) - “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.

Lissabon. "Estadio da Luş" stadionu.

Digər Xəbərlər
Xəbər Lenti