Çempionlar Liqasında II mərhələnin cütləri

20 Avqust 2020 09:14 Çempionlar Liqası 1 204
Çempionlar Liqasında II mərhələnin cütləri

Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 11 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, II raundun Çempionlar yolunda 9 cütlük artıq müəyyənləşib.

Bir gün əvvəl "Sileks" (Şimali Makedoniya) üzərində 4:0 hesablı qələbə qazanan Azərbaycan çempionu "Qarabağ"ın növbəti rəqibi Moldova təmsilçisi "Şerif olacaq.

Yalnız “Yanq Boyz”un (İsveçrə) II raunddakı rəqibi bəlli olmayıb. Çünki “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) koronavirus pandemiyası səbəbindən avqustun 21-nə keçirilib. II təsnifat mərhələsinin oyunları avqustun 25-26-da keçiriləcək.

II təsnifat mərhələsi
Çempionlar yolu

ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan)
“Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Legiya” (Polşa) - “Omoniya” (Kipr)
"Çelye" (Sloveniya) - “Molde” (Norveç)
“Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka)
“Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina)
“Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova)
"Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi

Liqa yolu
“Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)

Digər Xəbərlər
Xəbər Lenti