Ermənilər ÇL-dən qovuldu: Daha 11 komanda IIi mərhələdə

20 Avqust 2020 01:16 Çempionlar Liqası 2 148
Ermənilər ÇL-dən qovuldu: Daha 11 komanda IIi mərhələdə

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da növbəti 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Yeni mövsümün ilk matçında Şimali Makedoniyanın “Sileks” klubunu 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırmış Ağdam təmsilçisi “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcəkdi. Doğma meydanda inamlı qələbə qazanan “Şerif” yenə “Qarabağ”a rəqib olub.

Bu günə nəzərdə tutulan oyunlardan biri koronavirus pandemiyasına görə təxirə salınıb. Baş tutan digər matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan daha 11 komandanın adına aydınlıq gəlib.

Təsnifat mərhələləri bir görüşdən ibarət olduğu üçün qaliblər 2-ci təsnifat mərhələsində, məğlub olanlar isə Avropa Liqasında mübarizəni davam etdirəcək.

ilk oyun günündə “Qarabağ”dan başqa, Polşanın “Legiya”, Belarusun “Dinamo” (Brest), Şotlandiyanın “Seltik” və Serbiyanın “Srvena Zvezda” komandaları da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlmişdi.

“Ararat” (Ermənistan) – “Omoniya” (Kipr) 0:1

Qol: Santos, 94.

“Molde” (Norveç) – “KuPS” (Finlandiya) 5:0

Qol: Hestad, 26. Eykrem, 37. Omoyjfuanfo, 69. Pedersen, 90+1. Knutdzon, 90+3.

“Flora” (Estoniya) – “Suduva” (Litva) 1:1 (penaltilər 2:4)

Qol: Sappinen, 49 – Topçaqiç, 78.

“Çelye” (Sloveniya) – “Dandolk” (İrlandiya) 3:0

Qol: Kerin, 43. Vizinger, 89. Danqubiç, 90+5.

“Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) 0:2

Qol: Torassa, 45+4. İsmaylgeçi, 86.

“Ferentsvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) 2:0

Qol: Nquen, 33; 62.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Riqa” (Latviya) 2:0

Qol: Blakman, 58-pen; 88-pen.

“Buduçnost” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan) 1:3

Qol: Çukoviç, 31 – Hiqinio, 12. Tçibota, 25. Oliveyra, 90+3.

“Konnas Kuey” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina) 0:2

Qol: Tatar, 16; 65.

“Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) 2:0

Qol: Abanq, 36. Lukiç, 80.

“Floriana” (Malta) – ÇFR (Rumıniya) 0:2

Qol: Çestor, 53. Qolofka, 90+7.

“Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) matçı təxirə salınıb

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”