ÇL-in finalında "Bavariya" PSJ-yə rəqib oldu

20 Avqust 2020 00:51 Çempionlar Liqası 1 303
ÇL-in finalında "Bavariya" PSJ-yə rəqib oldu

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da digər finalçının adına aydınlıq gəlib.

Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya “Bavariya”sı ilə Fransanın “Olimpik” (Lion) klubları üz-üzə gəlib. Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio Joze Alvalade” stadionunda keçirilən oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edib.

Rəqibini darmadağınla məğlub edən Almaniya çempionu ikinci finalçı olub.

“Bavariya” finalda PSJ ilə qarşılaşacaq. Paris təmsilçisi yarımfinalda Almaniya “Leyptsiq”ini darmadağın edib – 3:0. Həlledici oyun avqustun 23-də baş tutacaq.

“Olimpik” (Lion, Fransa) – “Bavariya” (Almaniya) 0:3

Qol: Qnabri, 18; 33. Levandovski, 88.

Portuqaliya, Lissabon. “Eştadiu Joze Alvalade” stadionu

Digər Xəbərlər
Xəbər Lenti