“Qarabağ” üçüncü dəfə “Şerif”lə qarşılaşacaq

20 Avqust 2020 00:00 Çempionlar Liqası 1 326
“Qarabağ” üçüncü dəfə “Şerif”lə qarşılaşacaq

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Moldovanın “Şerif” klubu olub.

Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun “Fola Eş” klubunu doğma meydanda 2:0 hesabıyla məğlub edərək buna nail olub.

Bununla da “Şerif” 3-cü dəfə "Qarabağ"la avrokuboklarda görüşəcək. Əvvəlki iki duel ardıcıl iki mövsüm - 2017/18 və 2018/19-da olub.

Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.

Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olmuşdular. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrupuna düşmüşdü.

"Qarabağ"la "Şerif" avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti