Ya "Lion", ya da "Bavariya": PSJ-nin finaldakı rəqibi - BU GECƏ

19 Avqust 2020 16:42 Çempionlar Liqası 720
Ya "Lion", ya da "Bavariya": PSJ-nin finaldakı rəqibi - BU GECƏ

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bununla da digər finalçının adına aydınlıq gələcək.

Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransa "Lion"u qarşı-qarşıya gələcək.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.

Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur. Bu cütün qalibi finalda PSJ ilə qarşılaşacaq. PSJ yarımfinalda Almaniya "Leyptsiq"ini darmadağın edib - 3:0. Həlledici oyun avqustun 23-də olacaq.

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)

Baş hakim: Antonio Migel Mateu Laos

Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu

Digər Xəbərlər
Xəbər Lenti