Bu gün "Qarabağ"ın rəqibi kim olacaq? - Çempionlar Liqası

19 Avqust 2020 13:12 Çempionlar Liqası 915
Bu gün "Qarabağ"ın rəqibi kim olacaq? - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin digər oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da növbəti raunddakı rəqibi bəlli olacaq.

I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırmış Ağdam təmsilçisi "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

Matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan 12 komandanın adına aydınlıq gələcək. Təsnifat mərhələləri bir görüşdən ibarət olduğu üçün qaliblər II təsnifat mərhələsində, məğlub olanlar isə Avropa Liqasında mübarizəni davam etdirəcək.

İlk oyun günündə "Qarabağ"dan başqa, Polşanın "Legiya", Belarusun "Dinamo" (Brest), Şotlandiyanın "Seltik" və Serbiyanın "Srvena Zvezda" komandaları da Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

19 avqust
19:00. “Ararat” (Ermənistan) - “Omoniya” (Kipr)
20:00. “Molde” (Norveç) - “KuPS” (Finlandiya)
20:30. “Flora” (Estoniya) - “Suduva” (Litva)
21:00. "Tselye" (Sloveniya) - “Dandolk” (İrlandiya)
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana" (Albaniya)
21:00. "Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya)
22:00. “Buduçnost” (Monteneqro) - “Lüdoqorets” (Bolqarıstan)
22:00. "Konnas Ki" (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00. “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya)
22:00. “Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq)
23:00. “Floriana” (Malta) - ÇFR (Rumıniya)

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq