PSJ-nin ulduzu Neymar Çempionlar Liqasının final oyununda iştirak etməyə bilər.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu yarımfinalda "Leyptsiq"i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib oyunçu Marsel Halstenberqlə formasını dəyişib.
UEFA koronavirus pandemiyasına görə formaların oyunlardan sonra dəyişdirilməsini qadağan edib. Neymar bu səbəbdən bir matçlıq diskvalifikasiya edilə və 12 günlük karantinə göndərilə bilər.
PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.

