Çempionlar Liqasında ilk finalçı PSJ oldu

19 Avqust 2020 00:53 Çempionlar Liqası 1 441
Çempionlar Liqasında ilk finalçı PSJ oldu

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, bu raundun ilk duelində PSJ ilə "Leyptsiq" üz-üzə gəlib.

Rəqibini 3:0 hesabı ilə məğlub edən Tomas Tuhelin başçılıq etdiyi kollektiv finala yüksəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Da Luj" stadionunda keçirilmiş görüşdə hesabı 13-cü dəqiqədə Markos Korrea açıb. İlk hissənin sonlarında fransızlar növbəti dəfə rəqibi cəzalandırıblar. 42-ci dəqiqədə Anxel di Mariya fərqi 2 topa çatdırıb - 2:0. İlk yarı bu hesabla başa çatıb.

İkinci hissədə PSJ daha bir qol vurub. Xuan Bernat 52-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib. PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.

"Leyptsiq" (Almaniya) – PSJ (Fransa) 0:3
Qol: Markinyos, 13. Di Maria, 42. Bernat, 56.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq