Azərbaycanda futbol oyunları 5 aydan çox davam edən məcburi fasilədən sonra bu gün rəsmən bərpa olunacaq.
Sportinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasında I təsnifat mərhələsinə təsadüf edəcək.
Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniya "Sileks"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
"Qarabağ" Çempionlar Liqasında ardıcıl 7-ci mövsümdür çıxış edirsə, "Sileks" bu yarışa Şimali Makedoniya çempionu "Vardar"ın lisenziyadan keçməməsi səbəbindən gümüş medalçı kimi qatılır.
Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün növbəti raunda vəsiqənin taleyini məhz Bakıdakı görüş həll edəcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
"Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) 4-0
Qol: X.Romero, 11. D.Gerye, 40; 51. M.Emreli, 80.
Baş hakim: Yaroslav Kozık (Ukrayna).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sileks: 1. Daniel Bojinovski, 5. Srdan Draşkoviç, 6. Hristiyan Qrozdanoski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 22. Angelçe Timovski, 26. Daniel Karçeski, 27. Deyan Tanturovski.
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Şpirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeraviça, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.
Məşqçi: Draqan İvanov.

