"Mançester Siti" də yarımfinaldan kənarda qaldı

16 Avqust 2020 00:54 Çempionlar Liqası 1 531
"Mançester Siti" də yarımfinaldan kənarda qaldı

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu raundun son oyununda "Mançester Siti" ilə "Lion" üz-üzə gəlib.

Qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Joze Alvalade” stadionunda baş tutub. 3:1 hesabı ilə qələbə qazanan "Lion" yarımfinala yüksəlib.

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. "Lion"un heyətində Maksvel Korne fərqlənib. Birinci hissədə qapılara başqa qol vurulmayıb. İngiltərə təmsilçisi 69-cu dəqiqədə hesabı bərabərləşdirə bilib. Kevin De Bröyne dəqiq oynayıb.

"Şəhərlilər" 10 dəqiqə sonra yenidən mərkəzə dəvət olunub. Meydana yeni daxil olan Mussa Dembele "Lion"u önə keçirib. 24 yaşlı hücumçu 87-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.

"Lion" yarımfinalda "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

"Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) 1:3

Qol: Kevin De Bröyne, 69 - Maksvel Korne, 24. Mussa Dembele, 79. 87
Baş hakim:
Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti