Bu gün son yarımfinalçı müəyyənləşəcək - Çempionlar Liqasında

15 Avqust 2020 21:20 Çempionlar Liqası 724
Bu gün son yarımfinalçı müəyyənləşəcək - Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bu raundun son oyununda "Mançester Siti" ilə "Lion" qarşılaşacaq.

Görüş Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade" stadionunda baş tutacaq. Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Şəhərlilər"in heyətində argentinalı hücumçu Serxio Aquero zədə səbəbindən oyunu buraxacaq. Liqa 1 təmsilçisində isə itki yoxdur.

Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
Baş hakim:
Denni Makkeli
Portuqaliya, Lissabon. "Joze Alvalade" stadionu

Digər Xəbərlər
Xəbər Lenti