"Barselona", ya "Bavariya"? – ÇL-də yarımfinal yolu

14 Avqust 2020 19:45 Çempionlar Liqası 710
"Barselona", ya "Bavariya"? – ÇL-də yarımfinal yolu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarımfinala 3-cü vəsiqə uğrunda İspaniya “Barselona”sı ilə Almaniya "Bavariya"sı üz-üzə gələcəklər.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutacaq qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək.

Kataloniya təmsilçisinin heyətində Samuel Umtiti, Jan-Kler Todibo və Dani Morer zədəli olduqları üçün vacib görüşü buraxacaqlar. Münhen klubunda isə Benjamen Pavar eyni səbəbdən komandasına kömək edə bilməyəcək.

Bu cütün qalibi yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqasında 2 yarımfinalçı artıq məlumdur. İtaliya "Atalanta"sını mübarizədən kənarlaşdıran PSJ (Fransa) və "Atletiko"ya (İspaniya) qalib gələn Almaniya təmsilçisi "Leyptsiq" adlarını növbəti mərhələyə yazdırmağı bacarıblar. Bu komandalar finala vəsiqə uğrunda görüşdə bir-biri ilə qarşılaşacaqlar.

23:00. “Braselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim:
Damir Skomina
Portuqaliya, Lissabon. “Eştadiu da Luş” stadionu

Digər Xəbərlər
Xəbər Lenti