"Leyptsiq" "Atletiko"nu yarımfinala buraxmadı

14 Avqust 2020 01:00 Çempionlar Liqası 1 223
"Leyptsiq" "Atletiko"nu yarımfinala buraxmadı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

“Leyptsiq” “Atletiko” ilə münasibətlərinə aydınlıq gətirib.

Görüş Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Görüşdə hesabı 50-ci dəqiqədə "Leyptsiq" açıb. Dani Olmo fərqlənib. 71-ci dəqiqədə "Atletiko"nun hücumçusu Joao Feliks penaltidən fərqlənməklə tarazlığı bərpa edib.

Oyunun əsas vaxtının başa çatmasına 2 dəqiqə qalmış isə Tayler Adams "Leyptsiq"i yenidən önə çıxarıb. Yekunda 2:1 hesablı qələbə qazanan Almaniya klubu tarixində ilk dəfə adını yarımfinala yazdırıb.

"Leyptsiq" yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq. 1/4 finalın növbəti oyunu bu gün İspaniya “Barselona”sı və Almaniya “Bavariya”sı arasında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq