ÇL: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

13 Avqust 2020 16:56 Çempionlar Liqası 927
ÇL: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Leyptsiq” “Atletiko” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Vacib oyun öncəsi hər iki komandada itkilər var. “Atletiko”nun heyətində Anhel Korrea və Şime Vrsalko koronavirusa yoluxduqları üçün oynamayacaqlar. “Leyptsiq”də isə Fabris Hartman və Marsel Zabitzer zədə səbəbindən matçı buraxacaqlar.

1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub edib. Paris təmsilçisi yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim:
Şimon Marçinyak
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”