PSJ 4 dəqiqə ərzində "Atalanta"ya "toy tutdu"

13 Avqust 2020 01:00 Çempionlar Liqası 1 617
PSJ 4 dəqiqə ərzində "Atalanta"ya "toy tutdu"

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdi.

İlk oyun günündə bir qarşılaşma baş tutub. İtaliyanın “Atalanta” klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da,

Paris təmsilçisi dörd dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.

"Atalanta" (İtaliya) – PSJ (Fransa) 1:2

Qol: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.

13 avqust

23:00. Leyptsiq (Almaniya) – Atletiko (İspaniya)

14 avqust

23:00. Barselona (İspaniya) – Bavariya (Almaniya)

15 avqust

23:00. Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə