"Qarabağ" - "Sileks" oyununun məkanı müəyyənləşdi

9 Avqust 2020 18:00 Çempionlar Liqası 2 114
"Qarabağ" - "Sileks" oyununun məkanı müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedniyadan "Sileks" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, UEFA Balkan ölkələrində koronavirus pandemiyasına görə qeyri-müəyyən durum yarandığı üçün fərqli qərar qəbul edib.

Balkan ölkələrinin təmsilçiləri matçları səfər və ya neytral meydanda keçirəcəklər.

Bu səbəbdən UEFA "Qarabağ" - "Sileks" matçının Azərbaycanda keçirilməsinə qərar verib. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

1-ci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq. Qalib 1 oyundan sonra müəyyənləşəcək. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti