Rəmzi komandada PSJ hegemonluğu - ÇL

16 Dekabr 2019 14:09 Çempionlar Liqası 680
Rəmzi komandada PSJ hegemonluğu - ÇL

Çempionlar Liqasında qrup mərhələsinin rəmzi komandası açıqlanıb. Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı 11-likdə PSJ-dən 3, "Ayaks"dan 2, "Mançester Siti", "Liverpul", "Tottenhem" Dortmund "Borussiya"sı, "Bavariya" və "Zalsburq"dan isə 1 oyunçu yer alıb.

Qapıçı: Keylor Navas (PSJ, Fransa)

Müdafiəçilər: Xuan Bernat (PSJ, Fransa), Nikolas Talyafiko ("Ayaks", Hollandiya), Əşrəf Hakimi ("Borussiya", Dortmund, Almaniya)

Yarımmüdafiəçilər: Rahim Sterlinq ("Mançester Siti", İngiltərə), Son Xın Min ("Tottenhem", İngiltərə), Hakim Ziyeş ("Ayaks", Hollandiya), Məhəmməd Salah ("Liverpul", İngiltərə)

Hücumçular: Erlinq Holand ("Zalsburq", Avstriya), Robert Levandovski ("Bavariya", Almaniya), Kilian Mbappe (PSJ, Fransa)

Digər Xəbərlər
Xəbər Lenti