Millinin qapıçısı ardıcıl 23 oyundur qol buraxır

12 Dekabr 2019 22:20 Çempionlar Liqası 1 047
Millinin qapıçısı ardıcıl 23 oyundur qol buraxır

Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Atalanta" ilə görüşdə qapısından 3 cavabsız top buraxan Andrey Pyatov anti-rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 12 ildir "Şaxtyor"un heyətində çıxış edən Ukrayna yığmasının veteran qolkiperi avrokuboklarda ardıcıl 23-cü görüşündə də qol buraxıb.

35 yaşlı təcrübəli qolkiper sonuncu dəfə 2017-ci ilin fevralında evdə "Selta" ilə Avroliqa qarşılaşmasında (1:0) qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"