Fati tarixə düşdü

11 Dekabr 2019 13:04 Çempionlar Liqası 642
Fati tarixə düşdü

“Barselona”nın gənc istedadı Ansuman Fati Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”i məğlub etdikləri (2:1) oyunda rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, sona 4 dəqiqə qalmış fərqlənən Fati 17 yaş 40 günlüyündə olub.

Bu isə yarışın qrup mərhələsi üçün rekord sayılır. Bu mərhələdə indiyə qədər qol vuran ən gənc futbolçu “Rusenborq”un üzvü Peter Ofori-Qeye idi - 17 yaş 195 günlük.

Digər Xəbərlər
Xəbər Lenti